Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir

0

  • Xocalı rayon Gənclər və İdman İdarəsinin
    rəisi Elməddin Bağırov və Xocalı rayon İHB-nın Xocalı şəhər İ.Ə.D-si üzrə nümayəndəsi Tacir Əzizovun iştirakı ilə Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Xocalı rayonundan olan Əhmədov
    Nicat Həsən oğlunun, Mustafazadə Ceyhun Şükür oğlunun, Cavadov Namiq Rəhbər oğlunun, Abdullayev Tural Şakir oğlunun Bakı şəhərində müvəqqəti
    məskunlaşmış ailələri ilə görüş keçirilmişdir. Əvvəlcə şəhidlərimizin məzarları önünə qərənfillər düzən
    rayonumuzun gəncləri torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda
    etmiş bütün şəhidlərimizin ruhuna dualar oxudular.  Görüşlər zamanı igid döyüşçülərimizin ailə üzvlərinə başsağlığı verildi. Milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əldə olunması
    uğrunda canlarındandan keçən şəhidlərimizin xatirəsini əziz tutmaq, onların
    keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək gənclərin vətəndaşlıq
    və vətənpərvərlik tərbiyəsini gücləndirmək, şəhid ailələrinə diqqət və qayğı
    göstərmək məqsədi ilə keçirilən görüşdə şəhidlərimizin əziz xatirəsi yad
    olundu, onların həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparıldı. 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə şəhidlərimizin adına hazırlanmış Fəxri Fərmanlar onların ailə üzvlərinə təqdim edildi. Qeyd edək ki, Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar
    Usubovun müvafiq sərəncamına uyğun olaraq, şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir.  Allah bütün
    şəhidlərimizə rəhmət eləsin.







     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib37 dəfə
    Şəhid qazi ailələri ilə mütəmadi görüşlər keçirilir

    Maraqlı gələ bilər
    36
    34
    34